şəfqət bacısı

sister of mercy / sister of charity (hospital nurse) сестра милосердия
şəbkor
Şəhərdə onuncu olmaqdansa, kənddə birinci ol.
OBASTAN VİKİ
Şəfqət
Şəfqət — lüğətlərdə "acıyaraq və ya qoruyaraq sevmə, mehribanlıq" olaraq qeyd olunur. Kökündə sevgi, mərhəmət və kömək duyğularının olduğu şəfqət müxtəlif fəlsəfi görüşlərdə və inanc sistemlərində fərqli anlayışlarla dilə gətirilsə də hamısında da müsbət bir duyğu və davranış forması olaraq dilə gətirilmişdir.
Cəfər Şəfqət
Cəfər Şəfqət (1915-2000) — İranın Pəhləvilər dönəmində xidmət etmiş (1978 — 1979) Azərbaycan əsilli müdafiə naziri, ordu generalı və Pəhləvi hakimiyyətində Şərqi Azərbaycan ostanının sonuncu ostandarı. Cəfər Şəfqət 1915-ci ildə Təbriz şəhərində Azərbaycanlı ailəsində anadan olub. İlk və orta məktəbləri bitirdikdən sonra dayısı Məhəmməd-Hüseyn Damavandi'nin köməkliyi ilə 1933-cü (hicri 1312-ci) ildə İran Zabitlər Kollecinə daxil olub. Burada o iki illik kursları bitirdindən sonra 1935-ci (hicri 1314-cü) ildə zabit rütbəsi alıb. Sonra o Şah Qvardiyasında xidmət edib və nəticədə Şah Qqvardiyasında bölük komandiri kimi kapitan rütbəsinə layiq görülüb. Sonra o 1950-ci ilə qədər həmin Qvardiyada 1-ci Divizion komandiri təyin olunub və ona polkovnik rütbəsi verilib. O 1950-ci (hicri 1329-cu) ildə hərbi təhsilini davam etdirmək üçün Fransaya göndərilib, orada adətən "Saint-Maixent" adlanan Həqiqi Xidmətdə olan Baş Zabitlər üçün Milli Məktəblə (L'ecole Nationale des Sous-officiers d'active) birgə təşkil edilərək, kiçik və baş zabitlər üçün nəzərdə tutulmuş "Tətbiqi Piyada Qoşun Məktəbi"ndə (L'École d'Application de l'Infanterie (EAI)) təhsil almış və həmin məktəbdən 1953-cü (hicri 1332-ci) ildə məzun olmuşdur. Bundan sonra onun İrana geri qayıtması Mossadıq dönəminə təsadüf etmiş, sonra o bir daha Fransaya gedərək Ali Cəng Məktəbinin 70-ci məzun qrupunda (École supérieure de guerre as part of the 70th group of graduate) təhsilini davam etdirmişdir. Cəfər Şəfqət Urmu Siviziyasının, sonra isə Təbriz Diviziyasının komandırı vəzifələrində çalışıb. Vundan sonra o, İran Silahlı Qüvvələrinin bir hissəsi olan İkinci Ordunun qərargah rəisi müavini, sonra qərargah rəisi və nəhayət komandiri vəzifələrinə təyin edilib.
Tibb bacısı
Tibb bacısı — ixtisası üzrə təhsil almış həkim, laborant, xəstə baxıcısı kimi sağlıq personalı ilə iş birliyi edərək xəstənin müalicəsinə şərait yaradan şəxsə verilən addır. Müasir tibb bacısı peşəsinin qurucusu: Florens Naytingeldir. Florens Naytingel bu sözləriylə məşhurdur: Tanrının ən dəyərli hədiyyəsi olan həyat, çox vaxt tibb bacısının əllərinə həvalə olunmuşdur. İlk Türk tibb bacısı: Səlcuq dövründə yaşamış olan Gövhәr Nәsibәdir. 12 may Florens Naytingelin doğum günüdür. Hər il dünyada Tibb bacısı Günü olaraq qeyd edilir.
Şəfqət Təpə
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Ümumdünya Tibb Bacısı Günü
Beynəlxalq Tibb Bacıları/Qardaşları Günü — hər il 12 May qeyd olunur. Beynəlxalq Tibb bacıları/qardaşları Şurasının (ICN) himayəsi altında keçirilir. Tibb bacıları gününün qeyd olunması fikri ilk dəfə 1953-cü ildə irəli sürülmüşdü, lakin bu beynəlxalq gün 1965-ci ildən qeyd olunur. 1974-cü ildən ICN Beynəlxalq Tibb bacıları Gününü Xeyriyyə xidmətinin qurucularından biri olan Florens Naytingelin doğum günü olan 12 May tarixində qeyd etmək qərarına gəldi. Hər il bu gün üçün Tibb bacıları Şurası məlumat materialları hazırlayır, qarşıdan gələn Tibb bacıları Gününün mövzusunu və şüarını elan edir. Böyük Britaniyada Beynəlxalq Tibb bacıları Günü, 21 May - ölkənin həbsxana sisteminin islahatçısı E.Frinin doğum günündə qeyd olunur.
Şəfqət Təpə (teleserial, 2010)
Şəfqət Təpə (türk. Şefkat Tepe) — İlk bölümü 6 noyabr 2010-ci ildə yayımlanan döyüş, hərbi, dram və cinayət mövzulu Türkiyə teleserialıdır. Serial, 1997-ci illərdən sonrasından bəhs etməkdədir. Baş rollarını Mert Kılıç, Aslıhan Güner, Ərtoğrul Şakar, Dilara Büyükbayraktar, Mehmet Korhan Fırat, Merve Akaydın və Bora Karakul paylaşmışdır. Mert Kılıçın canlandırdığı Serdar Mert personajı, 3-cü mövsümə qədər Karapınar Jandarma Karakolu Komutanı Üsteğmen Serdar Mert olaraq xidmət edirdi. 75-ci bölümdə baş rollardan Leyla (Aslıhan Güner) ölərək serialdan ayrıldı. 3-cü mövsümdə Sungurlar adında bir tim quruldu. 3–4 bölüm sonra Serdar Mert, kapitan oldu. Yeni baş rol isə Dilara Büyükbayraktar oldu. Hekayə Sungurlar timi üzərindən davam etdi.
Qabriella d'Estre bacısı ilə
Qabriella d'Estre bacısı ilə (fr. Gabrielle d'Estrées et une de ses sœurs) — naməlum rəssam tərəfindən təxminən 1594-cü ildə çəkilmiş rəsm əsəridir. Hazırda, Parisdəki Luvr muzeyində saxlanan əsərin Fontenblo məktəbi rəssamlarından birinə aid olması güman edilir. Rəsm əsərində Fransa kralı IV Henrixin xanımı Qabriella d’Estre çılpaq vəziyyətdə hamamda oturmuş və əlində üzük tutmuş vəziyyətdə dəfn edilmişdir. Onun bacısı çılpaq vəziyyətdə üzbəüz oturaraq sol əli ilə sağ döş giləsini tutmuşdur. Döş giləsinin sıxılması jesti bəzən Qabriellanın Henrixin uşağı olan Sezar de Burbona hamiləliyinin simvolik elanı kimi qiymətləndirilir. Luvr muzeyinin saytında qeyd edilir: “Qabriella d’Estrenin sağ döş giləsinin bacısı tərəfindən incə şəkildə tutulması, onun IV Henrixin qeyri-qanuni uşağına hamilə olmasını simvolizə edir. Bu ehtimal arxa səhnədə oturan qadının körpə üçün geyim tikməsi ilə də təsdiqlənir.” Qabriellanın əlində tutduğu üzük isə, ölümündən bir müddət əvvəl Henrixin sevgi göstəricisi kimi ona hədiyyə etdiyi tacqoyma üzüyüdür. XVII əsrin əvvəllərində fransız tarixçi Pyer de Burdeyl bir qrup qadının rəsm əsərinə baxmağa gəlməsini qeyd edir. O, bildirir ki, rəsmdə hamamda iki “tam çılpaq qadın” təsvir edilmişdir və əlavə olaraq vurğulayır ki, onlar bir-birinə “toxunur və hiss edir, sığallayır, əzizləyirlər.” Burdeyl bildirir ki, qadınlar dəstəsi rəsmə baxarkən, dəstəyə daxil olan “böyük xanımlardan biri” “rəsm qarşısında səbrini itirərək sevgilisinə müraciət edərək demişdir: Burada yaman çox vaxt itirdik.
Tibb bacısı 3D (film, 2013)
Tibb bacısı (ing. Nurse 3D) — David Louqeri tərəfindən çəkilmiş ABŞ filmidir. Ebbi Rassell səhərlər xəstəxanada tibb işçisi işləyir, gecələr isə seksual hissləri ilə insanları aldadaraq ölümə məhkum edir. Cavan tibb bacısı qətllərin onun tərəfindən törədildiyini başa düşüb, onu yaxşı yola gətirmək istəyir... Tibb bacısı 3D — Internet Movie Database saytında.